Dehlinin hökumət başçısı dəbdəbəli iqamətgahdan imtina edib
05 yanvar 2014 03:31 (UTC +04:00)

Dehlinin hökumət başçısı dəbdəbəli iqamətgahdan imtina edib

Hindistanın paytaxtı Dehlinin yeni baş naziri Arvind Kecrival qalmaqallar fonunda şəhər başçısı üçün seçilən iqamətgaha köçməkdən imtina edib.

 

 

Lent.az-ın «BBC»-yə istinadən məlumatına görə, ona 800 kv. metrlik, ikimərtəbəli, 5 yataq otağı olan dəbdəbəli binaya köçmək təklif olunub.

 

Ancaq Kecrival və partiyası, eləcə də onun siyasi rəqibləri bu təklifi tənqid edib. Dehlinin icra başçısı ona daha kiçik iqamətgah axtarılmasını istəyib.

 

Onun başçılıq etdiyi  «Aam Aadmi» Partiyası ( «Adi adamın Partiyası) korrupsiyaya qarşı mübarizə aparacağı vədinə əsasən Dehlidə hakimiyyətə gəlib.

 

Kecrival  Hindistan siyasətində «VİP kultu»-a (vacib adamlar üçün xidmət növü) son qoyacağını boyun olub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1040
avatar

Oxşar yazılar