Kiyevdə Ukrayna prezidenti, müxalifət liderləri və Avropa Birliyi nümayəndələrinin iştirakı ilə keçirilən danışıqlar hələlik nəticəsiz qalıb.
APA-nın yerli mətbuata istinadən verdiyi məlumata görə, bunu danışıqların ikinci gününün yekunlarına dair Polşa xarici işlər naziri Radoslav Sikorski deyib.
“Anlaşma hələlik əldə olunmayıb”, - deyə o vurğulayıb.
Bu arada Rusiya ombudsmanı, Vladimir Putinin Kiyevə göndərdiyi xüsusi nümayəndə Vladimir Lukin Ukraynadakı böhrandan çıxış yollarını nəzərdə tutan sənədi imzalamaqdan imtina edib.