Dağıstan baş nazirinin müavininə qarşı «dələduzluq» ittihamı
28 yanvar 2014 04:10 (UTC +04:00)

Dağıstan baş nazirinin müavininə qarşı «dələduzluq» ittihamı

Dağıstan baş nazirinin müavini Məhəmmədhüseyn Nəsrəddinov qanunsuz təbii qaz şəbəkəsi yaratdığı üçün böyük miqyasda dələduzluqda ittiham olunur.

 

Lent.az-ın «interfaks»-a istinadən məlumatına görə, o, bu il yanvarın 19-da Moskvada Vnukovo hava limanında, Mahaçqalaya uçarkən saxlanılıb. Yanvarın 21-də isə Moskva şəhəri Lefortovo rayonu məhkəməsinin qərarı ilə barəsində həbs qətiimkan tədbiri seçilib.

 

 

İstintaqın məlumatına əsasən, 2002-ci ildə Nəsərəddinvo «Daqestanreqionqaz»-ın baş direktoru və «Daqqaz» Qapalı Səhmdar Cəmiyyəti idarə heyətinin sədri olarkən, şirkətlər arasında sövdələşmə təşkil edib. Nəticədə Dağıstanın 9 bələdiyyəsində qaz şəbəkəsindən «Daqqaz» 197 milyon rubldan artıq gəlir əldə edəcəyi halda 58 milyon rubl alıb.  

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 455
avatar

Oxşar yazılar