Corc Buş xəstəxanalıq oldu
24 aprel 2018 03:34 (UTC +04:00)

Corc Buş xəstəxanalıq oldu

0

ABŞ-nın sabiq prezidenti böyük Corc Buş Hyuston şəhərində xəstəxanaya yerləşdirilib.

 

APA-nın xəbərinə görə, bu barədə CNN xəbər verib.

 

Məlumata əsasən, 93 yaşlı C.Buşun qanında infeksiya aşkarlanıb. Onun intensiv terapiya palatasına yerləşdirildiyi bildirilir.

 

Böyük Corc Buş 1989-93-cü illərdə ABŞ prezidenti olub.

 

Qeyd edək ki, ötən həftə C.Buşun həyat yoldaşı Barbara vəfat edib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 438

Oxşar yazılar