Fransanın Bordo rayonunda özəl vertolyot qəzaya uğrayıb. Lent.az-ın xarici informasiya vasitələrinə istinadən məlumatına görə, olay yerindən çinli milyader Lam Kokun 12 yaşlı oğlunun cəsədi aşkarlanıb.
Milyaderin, pilotun və baha bir sərnişinin axtarışı davam edir. Onlar İtkin düşmüş sayılır. Xilasedicilərdən biri Honkonqdan olan milyaderin öldüyünü istisna etməyib.
Mənbə xatırladıb ki, vertolyot Fransanın cənub-qərbində yerə düşüb. Onun göyərtəsində honkonqlu milyader və 12 yaşlı oğlu ilə yanaşı, tərcüməçi, üzüm baclarının keçmiş sahibi də olub. O, vertolyotla yenicə sahibi olduğu üzüm bağlarına baxış keçirirmiş.