Çinin sərhəd bölgəsi olan Liaoyanq və Şınyanqda zəlzələ olub. Lent.az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, yeraltı təkanlar 5.1 bal gücündə qeydə alınıb.
Çin Zəlzələ Mərkəzindən verilən açıqlamada qeyd olunur ki, zəlzələ yerin 7 km dərinliyində baş verib.