Çində rüşvət qalmaqalına görə 500 məmur istefa verib
30 dekabr 2013 05:12 (UTC +04:00)

Çində rüşvət qalmaqalına görə 500 məmur istefa verib

Çində hakimiyyət korrupsiya və rüşvət qarşı mübarizəni sərtləşdirməyə başlayıb. Lent.az-ın Türkiyənin «sözçü» saytına istinadən məlumatına görə, rəsmi Pekin bununla cəmiyyətin bu sahədə baş verən cinayətlərə qarşı xalqın etirazını yumşaltmaq niyyətindədir.

 

Ölkənin rəsmi «CCTV» telekanalının xəbərinə əsasən, dövlət məmurlarının Hunan əyaləti yerli Xalq Məclisinə seçilmək istəyən 56 namizəddən rüşvət aldığı məlum olub.

 

Hakim Çin Xalq Partiyası da rüşvət verən 56 nəfəri vəzifədən azad edib.

 

Hunan əyalətinin 500-dən çox dövlət məmuru seçkidəki saxtakarlığa görə istefa edib.

 

İstintaqın ilkin nəticələrinə görə, dövlət məmurlarına 18 milyon dollar rüşvət verilib.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 978
avatar

Oxşar yazılar