Çində partiya məsulu senzurada tətbiqində suçlanır
05 yanvar 2013 07:42 (UTC +04:00)

Çində partiya məsulu senzurada tətbiqində suçlanır

Çinin cənubundakı liberal qəzetin indiki və keçmiş əməkdaşları yerli partiya rəhbərinin istefası tələbi ilə bağlı iki açıq məktub dərc ediblər.

Lent.az-ın «BBC»-yə istinadən məlumatına görə, qəzetçiləri Quandun əyalətinin təbliğat üzrə məsulunu diktatura rejimi dövrünün qaydalarına uyğun davranmaqda suçlayıblar.

«Southern Weekly» adlı bu qəzetin bildirdiyinə əsasən, Kommunist Partiyasının bu, yerli təmsilçisi redaksiyasının Konstitusiyada nəzərdə tutulmuş söz və mətbuat azadlığı ilə bağlı çağırışını, bu yöndə  şərhini dəyişib, onun əvəzinə Çin Kommunist Partiyasını tərifləyib.

Bir sıra şərhçilər bu olayı, partiya ilə qəzetçilər arasında ilk münaqişə olduğunu bildiriblər. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 558
avatar

Oxşar yazılar