Çin də məcburi abortlar yasaqlanır
08 yanvar 2014 06:04 (UTC +04:00)

Çin də məcburi abortlar yasaqlanır

İllər uzunudur Çində birdən çox  uşaq dünyaya gətirənləri cərimələyir, həmin anaların uşaqlığını cərrahiyyə əməliyyatı ilə götürürdülər. Pekin hakimiyyəti bunu daha çox uyğur türklərinə tətbiq edirdi. Bəzi xəbərlərə əsasən, bu hal günümüzdə də təkrarlanır.

 

Lent.az-ın «Sinxua» informasiya agentliyinə istinadən məlumatına görə, hamiləlik dövrünün gecikmiş mərhələsində aborta məcbur edənlər ciddi cəzalandırılacaq.

 

Mənbə bildirib ki, hakimiyyət bunu dövlətin doğum siyasətinə qarşı çıxış etmək kimi dəyərləndirir.

 

Bununla belə məmurlar abort müddətini də müəyyən etməyiblər.

 

Hüquq müdafiəçiləri dəfələrlə bildirib ki, Çində süni və gecikmiş aborta məcbur edilirlər.

 

2013-cü ilin dekabrın sonunda hakimiyyət «bir ailə - bir uşaq» siyasətini «yumşaldıb». Bu siyasət 1970-ci illərdən mövcuddur.

 

Bundan sonra Çin ailələrinə ata və ana öz valideynlərinin tək övladıdırsa, o zaman

onlara dünyaya ikinci uşaq gətirməyə icazə verilir.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 708
avatar

Oxşar yazılar