Vaşinqton rəsmi Pekini kəskin tənqid edib. Lent.az-ın «BBC»-yə istinadən məlumatına görə, buna səbəb «New York Times» qəzetinin Çində olan jurnalisti Ostina Rəmzinin vizasının ləğv olunmasıdır.
Ağ ev baş verənə olayla bağlı məyusluğunu bildirərək, əlavə edib ki, Çin hakimiyyətinin xarici jurnalistlərin ölkəyə girişinə məhdudiyyət qoymasından rahatsızdır.
Rəsmi Pekin Rəmzinin «viza rejimini pozduğunu» iddia etsə də, «New York Times»-ın qənaətincə, buna səbəb jurnalistin Çin liderləri haqda məqalələridir.
Hazırda qəzetin daha iki jurnalisti Çində işləmək üçün viza gözləyir.