Yanvarın 29-da Sosial Demokrat Partiyasından olan Boquslav Sobotkanın başçılığı ilə yeni hökumət üzvləri Praqada prezidentin iqamətgahında and içiblər.
Lent.az-ın «interfaks»-a istinadən məlumatına görə, Sobotka 16 nazirin daxil olduğu koalision hökuməti formalaşdırıb. Yeni hökumətə sosial –demokratlarla yanaşı, «ANO» Partiyası («Ano» çexcə «hə» deməkdir) və xristian demokratlar da daxildir.
Sobotkanın partiyası ötən ilin oktyabrındakı parlament seçkilərində qələbə qazansa da, öz hökumətini qurmaq üçün yetərincə səs toplamamışdı.