Çexiyada ölkə tarixində ümumxalq səsverməsi yolu ilə ilk dəfə keçirilən prezident seçkisi başa çatıb.
Lent.az-ın xarici informasiya vasitələrinə istinadən məlumatına görə, bu post uğrunda mübarizənin ikinci turu keçmiş baş nazir, sosialist Miloş Zemanla xarici işlər naziri Karel Şvartsenberq arasında gedib.
Ölkədə səsləri Çexiya Statistik İdarəsi sayır. Artıq bülletenlərin 96 faizi sayılıb. İlkin hesablamalara əsasən, Zeman 55,47 faiz səslə ölkənin prezidenti seçilib. Onun rəqibi Karel Şvartsenberq isə seçicilərin 44,53 faizinin səsini toplayıb.
Bu, ikinci turda səsvermədə seçicilərin 58,18 faizi iştirak edib.
Prezidentin ümumxalq səsvermə yolu seçilməsi haqqında Ana Yasaya dəyişikliklər haqqında qanunu ötən ilin fevralın prezident Vatslav Klaus imzalamışdı.
Əvvəllər Çexiyada prezident parlamentin iki palatası tərəfindən seçilirdi. Bu yolla
Vatslav Qavel 1993-2003-cü illərdə prezident olub. Vatslav Klaus isə 2003-cü ildə parlament tərəfindən seçilib.
Yeni prezident bu il martın 8-də rəsmi olaraq and içdikdən sonra vəzifəsinin icrasına başlayacaq.