Çernoqoriya xüsusi təyinatlı polis taqımının 80 yaxın üzvü hakimiyyəti məhkəməyə verib.
Lent.az-ın «RİA-Novosti»-yə istinadən məlumatına görə, bu elit polis dəstəsi cinayətkarlığa qarşı mübarizədə ən çətin tapşırıqları yerinə yetirib. Onlar bildirib ki, əlavə iş saatına, istirahət günlərindəki işlədiklərinə, eləcə də əlavə təlimə görə məvacibləri ödənilmədiyi üçün hakimiyyəti məhkəməyə verirlər.
Bu məsələ ilə bağlı məhkəmə araşdırması cari ilin martında başlayacaq. Özəl taqımını təmsilçiləri yaşadıqları yerlərdən kənardakı xidmətə, gecə saatlarında, bayram günlərində işlədikləri üçün qanunda nəzərdə tutulmuş maddələrə uyğun pul alacaqlarına ümid edirlər.
Ölkə qanunların əsasən, əlavə və gecə işləməyə görə aylıq maaşa 40 faiz, milli və dini bayramlarda işə çıxmaq üçünsə 50 faiz əlavə olunur.
Xüsusi təyinatlılar 2005-ci ilin yanvarından bəri verilməyən haqlarının təmin olunmasını tələb edirlər.