Cənubla Şimalın birləşməsi üzrə komitə yaranır
25 fevral 2014 07:55 (UTC +04:00)

Cənubla Şimalın birləşməsi üzrə komitə yaranır

Cənubla Şimalı birləşməsi üzrə komitə yaranır

Cənubi Koreya prezidenti Pak Kın He bildirib ki, yaxın zamanda Şimali Koreya ilə «birləşməyə hazırlıq üzrə komitə» yaradılacaq.

 

Lent.az-ın «İTAR-TASS»-a istinadən məlumatına görə, prezident fevralın 25-də keçirdiyi mətbuat konfransında məsələni belə açıqlayıb: «Bu qurum prezidentin nəzarəti altında fəaliyyət göstərəcək və birləşməyə konstruktiv yanaşmanın sistemli təmini üçün yollar aramaqla məşğul olacaq».

 

Komitəyə xarici siyasət, Milli təhlükəsizlik, iqtisadiyyat, mədəniyyət sahələri və ictimaiyyətin nümayəndələri daxil ediləcək.

 

Cənubi Koreyanın prezidenti qeyd edib ki, başlıca məqsəd «Koreya adasının birləşməsi üçün» özünəməxsus yol xəritəsi tərtib etməkdir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1320
avatar

Oxşar yazılar