Cənubi Azərbaycanda 6,5 bal gücündə zəlzələ olub
24 dekabr 2012 10:35 (UTC +04:00)

Cənubi Azərbaycanda 6,5 bal gücündə zəlzələ olub

0

Dekabrın 23-də saat 10:38 radələrində Cənubi Azərbaycanda, Təbrizdən 126 km şimal-qərbdə 5,1 maqnitudalı zəlzələ baş verib. Lent.az-ın İTAR-TASS agentliyinə istinadən verdiyi məlumata görə, 6-6,5 bal gücündə zəlzələnin ocağı 180 min əhalisi olan Xoy şəhərindən 11 km uzaqlıqda yerləşib.

 

Birinci zəlzələdən 24 dəqiqə sonra 4,5 bal gücündə ikinci təkan qeydə alınıb. Dağıntı və tələfat barədə hələ məlumat verilmir.

 

Azərbaycan Milli Elmlər Akademiyası Respublika Seysmoloji Xidmət Mərkəzi zəlzələnin  Ordubad, Naxçıvan, Culfa və İranla həmsərhəd cənub rayonlarında 3.0-2.0 bala yaxın hiss olunduğu barədə məlumat yayıb. Tikililərdə dağıntı və insan tələfatı yoxdur.

 

Dekabrın 23-də saat 15:31 radələrində isə Qara dənizdə, Gürcüstan sahillərində 5,5 bal gücündə zəlzələ olub. Zəlzələ Türkiyənin Rizə, Ərdahan və Artvin bölgələrində də hiss edilib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 923

Oxşar yazılar