Venesuela prezidenti Uqo Çavesin qızı Mariel Qabriela Çaves «Twitter» sosial şəbəkəsi vasitəsi ilə atası barəsində şayiələrin yayılmasının dayandırılmasını istəyib.
Lent.az-ın «RİA-Novosti»-yə istinadən məlumatına görə, Venesuela prezidenti dekabrın 11-dən Havanada yaman xassəli şişdən müalicə olunur.
«Ailəmə, hər nəsnədən öncə xalqıma sayğı göstərin. Yetər yalan yaymaq! Mən atamla birlikdəyəm. Sağıq, səhhətinin bərpası üçün mübarizə aparır. Allah amanında»-deyə, prezidentin qızı yazıb.
Uqo Çavesin başqa qohumları kimi o, da Kubadadır. Mariya Qabriela Uqonun 4 övladından ikincisidir.
Sosial şəbəkədə isə çeşidli fikirlə yayılmaqdadır. Bəziləri plastik cərrahiyyə əməliyyatı ilə Uqo Çavesin «nüsxəsinin» hazırlanacağını, kimisə də onun artıq həyatda olmadığını yazır.
Mənbənin məlumatına əsasən, onun yanına yalnız yaxın qohumlarını buraxırlar. Bundan başqa onun hunun özündə olduğu və özünü yaxşı hiss etdiyi bildirilib.