<b>Bülənt Arıncın qayınatası da işdən çıxarıldı</b>
28 iyul 2016 17:34 (UTC +04:00)

Bülənt Arıncın qayınatası da işdən çıxarıldı

0

Türkiyə Böyük Millət Məclisinin keçmiş sədri, Baş nazirin keçmiş müavini Bülənt Arıncın qayınatası Ziya Tay da Fətullah Gülən hərəkatı ilə əlaqədə olduğu üçün vəzifəsindən azad edilib.

 

Lent.az-ın "sozcu.com.tr"ə istinadən xəbərinə görə, Z. Tay 14 il Səhiyyə Nazirliyinin Manisa vilayətindəki nümayəndəliyinin rəhbəri vəzifəsini tutub, AKP-nin Manisadan millət vəkilliyinə namizəd olsa da, seçilə bilməyib. Z. Tay ilə birlikdə Manisada 150 tibb işçisi vəzifəsindən çıxarılıb. Ümumilikdə isə Türkiyə Səhiyyə Nazirliyi sistemində işdən çıxarılanların sayı 5500-ü keçib. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 494

Oxşar yazılar