Türkiyə baş nazirinin müavini Bülənt Arınc Yaponiyada 3 milyon nüsxə ilə çıxan «Nikkei» qəzetinə müsahibə verib. Lent.az-ın Türkiyə informasiya vasitələrinə istinadən məlumatına görə, o, deyib ki, ötən ilki bələdiyyə seçkilərində təmsil etdiyi Ədalət və İnkişaf Partiyası (AK Partiya) 39-39 faiz səs toplamışdı.
Onun sözlərinə əsasən, hökumət ictimai rəyi araşdıran 4 çeşidli şirkətə ölkədəki vəziyyətin dəyərləndirilməsi ilə bağlı sifariş verib: «Keçən ilin iyulundakı meydan və korrupsiya iddiaları fonunda etiraz partiyamızın dəstəyinə təsir etməyib. Sorğunun nəticələrinə görə rəyi soruşulanların 52 faiz AK Partiyaya dəstəkləyir».
Bülənt Arınc müsahibəsində «böyük korrupsiya əməliyyatının» iqtisadiyyata təsiri ilə bağlı suala belə cavablandırıb: «Hər şey hökumətimizin nəzarəti altındadır. Sərmayəçiləri rahatsızlığına bir şey yoxdur».
Xatırladaq ki, bu il yanvarın 6 - 8-də Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanı Yaponiyaya səfərdə Bülənt Arınc da müşayiət edəcək.