Britaniyanın baş naziri də Soçiyə getməyəcək
22 dekabr 2013 06:33 (UTC +04:00)

Britaniyanın baş naziri də Soçiyə getməyəcək

Britaniyanın baş naziri Devid Kemeron 2014-cü ildə Soçidə keçiriləcək Qış Olimpiya oyunlarının açılışına qatılmayacağını bildirib.

 

Lent.az-ın İngiltələrədə çıxan «İndependent» qəzetinə istinadən məlumatına görə, Kemeronun qərarı Rusiyada insan haqları durumu ilə bağlı deyil.

 

«Baş nazir diplomatiya və qarşılıqlı münasibət siyasətinə inanır. O, hesab edir ki, boykot kimi sərt tədbirlərin yardımı ilə bir çox məsələləri həll etmək mümkündür»-deyə, mənbə vurğulayıb.

 

Qəzetin məlumatına əsasən, Britaniyanın mədəniyyət və idman nazirinin başçılıq edəcəyi heyət Soçidəki tədbirin açılışına qatılacaq. Heyətin tam tərkibi hələ də müəyyənləşdirilməyib.

 

Xatırladaq ki, ABŞ, Almaniya  və Fransa prezidentləri də bu tədbirin açılışına qatılmayacaqlarını bildiriblər. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 812
avatar

Oxşar yazılar