Britaniyalı milyonçu İrana görə 3 il alıb
10 yanvar 2013 07:19 (UTC +04:00)

Britaniyalı milyonçu İrana görə 3 il alıb

İrana raket komplekti satdığını etiraf edən britaniyalı iş adamı Kristofer Teppin ABŞ-da 33 ay azadlıqdan məhrum edilməklə yanaşı, 11 milyon dollar məbləğində cərimələnib.

 

Lent.az-ın «BBC»-yə istinadən məlumatına görə, ötən ilin noyabrında ABŞ hakimiyyətinin sorğusu əsasında Britaniya milyonçunu ekstradisiya etmişdi. O, ABŞ ordusunun zenit-raket kompleksində istifadə olunan bir neçə gümüş-sink akkumulyatoru İrana tədarük etmək istəyib.

 

Bu işdə adı hallanan daha iki nəfər 2007-ci ildə mühakimə olunub.

Britaniyalı iş adamının ABŞ təhvil verilməsini və 2003-cü ildə imzalanmış ekstradisiya haqqında müqaviləni krallığın siyasətçiləri tənqid edib. Onların qənaətincə, bu vəziyyət Amerikanın məhkəmə sisteminin imkanlarını artırır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 705

Oxşar yazılar