Bayram günlərində Britaniyanın 340 rayonunda daşqın olacağı gözəlnilir.
Lent.az-ın «İTAR-TASS»-a istinadən məlumatına görə, buna səbəb krallıq ərazsində artıq iki həftədir yağan leysan yağışdır.
Mənbənin bildirdiyinə əsasən, hazırda Uelsdə 310-dan artıq daşqınla bağlı xəbərdaredici məntəqə fəaliyyət göstərir.Şotlandiyanın 21 rayonunda uyğun təhlükə barədə xəbərdarlıq edilib.
Vəziyyəti 100 km/saat əsən sürətli külək daha mürəkkəbləşdirir.
Son günlər daşqından krallığın bir çox bölgələri əziyyət çəkir. Daha ciddi fəlakət İngiltərənin cənub-qərb hissəsinə zərbə vurub. Ötən həftə krallıq ərazisində 500 ev su altında qalıb.Onlarla insan köçürülüb.