Britaniya və İrlandiyada 300 mindən artıq ev işıqsız qalıb
13 fevral 2014 04:41 (UTC +04:00)

Britaniya və İrlandiyada 300 mindən artıq ev işıqsız qalıb

Britaniya və İrlandiyada tufan nəticəsində 300 mindən artıq ev işıqsız qalıb.

 

Lent.az-ın «RİA Novosti»-yə istinadən məlumatına görə, ötən ilin noyabrından  Britaniyada güclü külək əsir və leysan yağışlar yağır.

 

Mənbənin məlumatına əsasən, təbii fəlakətin krallığa vurduğu ziyan milyard funtu keçib. Minə yaxın ev, o cümlədən Temza çayı sahilindəki 800 qəsəbə  su altında qalıb,

 

Uelsin qərbində 42 minə yaxın ev və ofisin, İngiltərənin mərkəzində 12,4 min Evin, İrlandiyada isə 260 min evin elektrik təchizatı kəsilib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 379
avatar

Oxşar yazılar