Britaniya İrana nümayəndə heyəti göndərir
26 dekabr 2013 01:52 (UTC +04:00)

Britaniya İrana nümayəndə heyəti göndərir

2014-cü il yanvarın əvvəlində Tehrana gedəcək Britaniya nümayəndə heyətinə keçmiş xarici işlər naziri Cek Stronun başçılıq edəcək.

 

Lent.az-ın xarici informasiya vasitələrinə istinadən məlumatına görə, bu haqda İslam Respublikası parlamentinin İran –Britaniya dostluq qrupunun başçısı Abbasəli Mənsuri yerli KİV-ə müsahibəsində deyib.

Onun sözlərinə əsasən, britaniyalı heyət ölkənin bir sıra rəsmiləri, o cümlədən parlamentin sədri Əli Laricani, eləcə də parlamentin təhlükəsizlik və xarici siyasət üzrə komissiyasının başçısı Əlaəddin Bürücerdi ilə görüşəcək.

O, bu bəyanatı Britaniyanın İrandakı müvəqqəti işlər vəkili Məhəmməd Həbib Həbibullazadə ilə görüşdən sonra verib.  

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 433
avatar

Oxşar yazılar