Braziliyada yanğında ölənlərin sayı 245 nəfərə çatıb
28 yanvar 2013 10:37 (UTC +04:00)

Braziliyada yanğında ölənlərin sayı 245 nəfərə çatıb

Braziliyanın Santa-Mariya şəhərində gecə klublarının birində dəhşətli yanğın hadisəsi baş verib. Lent.az-ın xarici KİV-ə istinadən verdiyi məlumata görə, hüquq-mühafizə orqanlarından verilən məlumatda qeyd olunur ki, yanğın nəticəsində ölənlərin sayı 245 nəfərə çatıb. Ölü sayının artacağı ehtimal edilir. Ölənlərin əksəriyyətinin tüstüdən boğulduğu və basabasda dünyasını dəyişdiyi bildirilir.

 

Prezident Dilman Rousseff Çiliyə səfərini yarımçıq qoyaraq ölkəsinə qayıdıb.

 

Yanğına səbəb kimi pirotexniki vasitələrdən düzgün istifadə edilməməsi səbəb göstərilir. 

 

Qeyd edək ki, ölkədə 3 gün matəm elan edilib.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 651
avatar

Oxşar yazılar