Bosniyada etirazçılar prezident binasını yandırıb - <span style="color:red;">YENİLƏNİB
09 fevral 2014 10:44 (UTC +04:00)

Bosniyada etirazçılar prezident binasını yandırıb - YENİLƏNİB

Bosniyanın paytaxtı Sarayevo və başqa şəhərlərində hakimiyyətə qarşı irimiqyaslı etiraz aksiyası keçirilir.

 

Lent.az-ın «BBC» -yə istinadən məlumatına görə, aksiya iştirakçıları ölkə iqtisadiyyatının çökməsinə, artan işsizliyə qarşı çıxış edir.

 

Paytaxtda etirazçılar prezident administrasiyasının binasını içinə yanar fişənglər atıb. Nəticədə binada yanğın baş verib.

 

Sarayevoda polis etiraz tədbirini dağıtmaq üçün  rezin güllələr, səsli qumbaralardan istifadə edib.

 

Ölkənin şimalındakı Tuzla şəhərində aksiyaçılar yerli hökumət binasına soxularaq, onu yandırıb.

 

Bu şəhərdə etiraz dalğası həftənin əvvəlində yerli sakinlərin çoxunun işlədiyi zavodların bağlanaraq, satışa çıxarılmasından sonra başlayıb.

 

Onları ölkənin başqa şəhərləri də dəstəkləyərək, işsizlik probleminin həllində hakimiyyətin aciz olduğunu bildiriblər. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1424
avatar

Oxşar yazılar