Bolqarıstan AES-lə bağlı referendumu
27 yanvar 2013 05:55 (UTC +04:00)

Bolqarıstan AES-lə bağlı referendumu

Yanvarın 27-də Bolqarıstanda yeni Atom Elektrik Stansiyasının (AES) tikintisi ilə bağlı referendum keçiriləcək.

 

Lent.az-ın «RİA-Novosti» -yə istinadən məlumatına görə, rəy sorğusunun sualı belədir:«Yeni AES-in tikintisi ilə Bolqarıstan Respublikası nüvə energetikasını inkişaf etdirməlidirmi?»

 

Müxalifət isə referendumun sualını belə təklif edib:«Belene şəhərində yeni AES-in tikintisi ilə Bolqarıstanda nüvə sənayesini inkişaf etdirilməlidirmi?»

 

Bu sualın dəstəklənməsi üçün Sosialist Partiyası vətəndaşlardan 500 min imza toplayıb.

 

Hakimiyyət isə konkret layihə ilə bağlı belə bir sualın referenduma çıxarılması ölkə Ana Yasasına zidd olduğunu bildirmişdi.

 

Ölkə qanunların uyğun olaraq, ümümxalq səsverməsinə gələnlərin sayı sonuncu parlament seçkisinə gələn seçicilərin sayından çox olacağı halda referendum baş tutmuş sayılır. 2009-cu ildəki parlament seçkisində isə seçicilərin 60 faizi iştirak edib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 448
avatar

Oxşar yazılar