APA-nın UNİAN agentliyinə istinadən verdiyi xəbərə görə, bunu TŞ-da sədrlik edən Böyük Britaniyanın BMT-dəki nümayəndəsi Mark Layall Qrant bəyan edib.
Bundan əvvəl Ukraynanın Baş naziri Arseni Yatsenyuk Ukraynada Rusiya qoşunlarının kəskin sürətdə artması ilə əlaqədar qərb ölkələrini Təhlükəsizlik Şurasının təcili iclasını keçirməyə çağırmışdı.