BMT-nin məhkəməsi Perunun ərazi iddiasını təmin edib
28 yanvar 2014 03:10 (UTC +04:00)

BMT-nin məhkəməsi Perunun ərazi iddiasını təmin edib

BMT-nin Haaqadakı Beynəlxalq məhkəməsi Peru Respublikasının Sakit okeandakı Çiliyə qarşı ərazi iddiasını qismən təmin edib.

 

Lent.az-ın «BBC»-yə istinadən məlumatına görə, hakimlər Perunun su sərhədinin yenidən çəkilməsi haqda qərar qəbul edib. Həmin qərara əsasən, iddia olunan ərazini Peru iddia etdiyi kimi hamısı deyil, müəyyən hissəsi onların ərazisidir.

 

Məhkəmə araşdırmasına səbəb Cənubi Amerikanın okeandakı sahillərindəki min kvadrat kilometrlik sahədir. Həmin ərazi hamsi adlanan balıq növü ilə zəngindir.

 

Mənbə xatırladıb ki, bu mübahisə 1883-cü ildən davam etməkdədir. İkinci Sakit Okean savaşında Peru Çiliyə məğlub olduğundan ərazi ikincinin nəzarəti altına keçib.

 

Çili tərəfinin nəzərincə, dəniz sərhədi coğrafi en xətti üzrə keçməlidir. Peru isə bu sərhədin sahil xətinə uyğun çəkilməsini iddia edir. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 476
avatar

Oxşar yazılar