Bağdadda ardıcı partlayış baş verib. Lent.az-ın «gazeta.ru» istinadən məlumatına görə, «Röyter» bildirib ki, partlayış nəticəsində azı 21 nəfər həlak olub.
Mənbə xatırladıb ki, yanvarın 13-də BMT-nin baş katibi Pan Ge Mun İraqa səfər edib.
Yerli polisin məlumatına əsasən, qanlı olay ölkənin şərqində Şaab bölgəsində baş verib. Bu rayonda minalanmış avtomobilin partladılması nəticəsində 11 nəfər həlak olub, 28 sakin yaralanıb.
İraq Daxili İşlər Nazirliyi qeyd edib ki, partlayıcı qurğunun partladılması çoxlu sayda insanın həlak olmasına və yaralanmasına səbəb olub. Onların arasında qadın və uşaqların sayının çox olduğu da bildirilib.
Hələlik bu terror aksiyasının məsuliyyətini üzərinə götürən yoxdur.