Bəşər Əsəd Suriyadan qaçır?
11 may 2013 13:07 (UTC +04:00)

Bəşər Əsəd Suriyadan qaçır?

 

Suriyada müxalif qüvvələrin təzyiqlərinə tab gətirməkdə çətinlik çəkən Bəşər Əsəd ölkəni tərk edir. Lent. az Modern. az  istinadən xəbər verir ki, Əsədin artıq bununla bağlı bir neçə ölkə ilə danışıqlar apardığı məlum olub.

Bu fikirlərin yayılması baş nazir Rəcəb Tayyib Ərdoğan Türkiyənin NBC telekanalına “Əsma Əsədin Suriyanı tərk etməsi ilə bağlı məlumatlar gəlir” deməsi ilə başlayıb. Türkiyə Kəşfiyyat İdarəsinin Əsəd və onun ailəsi ilə bağlı əldə etdiyi məlumatlar mətbuatın marağına səbəb olub.

Bildirilir ki, Bəşər Əsəd ailəsinin Suriyanı tərk etməsi ilə bağlı Türkiyə kəşfiyyatının əldə etdiyi məlumatlar 15 gün öncə baş nazirə təqdim edilib. Eyni zamanda Bəşər Əsədin də sığınacaq üçün 4 ölkəyə müraciət etməsi ilə bağlı məlumatlar əldə edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 988
avatar

Oxşar yazılar