Suriyadakı rejimin Hərbi Hava Qüvvələri Livan ərazisinə 4 raket buraxıb.
Lent.az-ın «İnterfaks»-a istinadən məlumatına görə, bu haqda Livanda çıxan «Daily Star» qəzeti xəbər yayıb.
Mənbə bildirib ki, raketlərdən ikisi Vadi Hamayed rayonuna, o biri ikisi isə Ərsal yaşayış məntəqəsinə düşüb.
Xəsarət alanlar barəsində məlumat yayılmayıb.