Pakistanın cənub-qərbində Kvetta şəhərində bilyard klubunda iki partlayış baş verib.
Lent.az-ın xarici informasiya vasitələrinə istinadən məlumatına görə, qanlı olay nəticəsində 56 nəfər həlak olub,20-dən çox insan yaralanıb.
Yerli telekanalların məlumatına əsasən, ikinci parlayışdan teleoprator həlak olub. Hələ ki partlayışa görə məsuliyyət heç bir qrup öz üzərinə götürməyib.
Yanvarın 10-da səhər çağlarında Kvettdəki partlayış nəticəsində 1 nəfər həlak olub, onlarla insan yaralanıb. Bu şəhər Bəlucistan əyalətinin mərkəzidir. On illərdir Kvettdə hərbi münaqişə davam edir. Əyalətdəki milli qüvvələr bölgədəki təbii ehtiyatlara daha çox nəzarət haqqı əldə etmək istəyir. Bundan başqa taliban hərəkatı da bu əyalətdə fəaldır.