Belçika parlamenti yaşından asılı olmayaraq, ölümcül xəstə uşaqların evtanziya (öldürülməsi) edilməsi ilə bağlı qanuna səs verib.
Lent.az-ın «BBC»-yə istinadən məlumatına görə, qanunun lehinə 86 deputat, əleyhinə 44 deputat səs verib. Bununla da Belçika eftanziyaya tətbiq edilən yaş məhdudiyyətini aradan qaldıran ilk dövlət olub.
Qanuna əsasən, əgər uşaq əlacsız xəstədirsə, eləcə də ağrılardan əziyyət çəkirsə o, eftanziyaya məruz qala bilər.
Sosioloji sorğunun nəticələrinə görə, belçikalıların çoxu qərarı dəstəkləyib. Katolik kilsəsi isə qanuna qarşı çıxış edir.
Belçikada yaşlıları üçün evtanziya 2002-ci ildən tətbiq olunur.