Belçikada kimyəvi məhsul daşıyan yük qatarı relsdən çıxıb.
Lent.az-ın «RİA Novosti»-yə istinadən məlumatına görə, yerli hakimiyyət partlayış və yanğının baş verəcəyindən ehtiyatlanır.
Relslərin qırılması ucbatından hidrogen-peroksid (perekis) daşıyan beş vaqondan üçü yoldan çıxaraq, aşıb. Olay Namür əyalətinin Jemep-sür-Sambr şəhərində dəmiryol vağzalının yaxınlığında insanların az hərəkət etdiyi ərazidə baş verib.