Bəhreyn hakimiyyəti kralı, eləcə də rəsmi simvolları – bayraq, krallığın gerbini təhqirə görə cəzaları sərtləşdirib.
Lent.az-ın «İTAR-TASS»-a istinadən məlumatına görə, dövlət başçısı Hamad bin-İsa əl-Xəlifə cinayəti məcəlləsinə dəyişikliyi təsdiqləyib.
Kralı və dövlət rəmzlərini təhqir edənlər 7 ilədək azadlıqdan məhrum edilməklə yanaşı, 26 min dollar məbləğində cərimə ödəyəcəklər.
Əvvəllər cinayət məcəlləsində belə davranışa görə, bir neçə gündən bir neçə ayadək həbs cəzası verilirdi. Məsələn, 2012-ci ilin noyabrında monarxı təhqir edən bir ay müddətinə azadlıqdan məhrum edilib.