Birləşmiş Ərəb Əmirliyinin (BƏƏ) əmiri şeyx Xəlifə bin-Zahid əl – Nahaian insult keçirib.
Lent.az-ın «BBC»-yə istinadən məlumatına görə, bu haqda onun ofisindən xəbər yayılıb.
Məlumatda o da bildirilib ki, 65 yaşlı əmir cərrahiyyə əməliyyatı olunduqdan sonra onun sağlıq durumu sabitləşib.
Şeyx Xəlifə 2004-cü ildə Birləşmiş Ərəb Əmirliyinə əmir olub.