Türkmənistanın Dövlət Bayraq günü münasibəti 859 məhbus əfv edilib.
Lent.az-ın xarici informasiya vasitələrinə istinadən məlumatına görə, bu haqda ölkə prezidenti Qurbanqulu Berdıməhəmmədov uyğun sərəncam imzalayıb.
Dövlət başçısı hüquq-mühafizə orqanların və hakimiyyətin yerli qurumlarına sərəncamdan doğan vəzifələri yerinə yetirməyi tapşırıb.
Türkmənistanda iri miqyaslı əfv 1999-cu ildən, ölüm hökmü ləğv edildikdən sonra elan olunur. 2013-cü ildə 4 minə yaxın məhbus əfv edilib. Ölkədə ən böyük belə tədbir 2002-ci ildə keçirilib. Onda 16,2 min məhbus azadlığa çıxıb.