Baş prokuror istefa fikrindən daşınıb
20 dekabr 2012 23:48 (UTC +04:00)

Baş prokuror istefa fikrindən daşınıb

0

 

 

Bu həftənin əvvəlində Misirin baş prokuroru istefa ərizəsi yazmışdı. Dekabrın 20-də isə o, ərizəsini geri götürdüyünü bildirib.

 

Lent.az-ın «BBC»-yə istinadən məlumatına görə, baş prokuroru Təlaat İbrahim Abdulla həmin ərizəni təzyiq altında yazdığını bəyan edib.

 

Onun bu addımı atmasına səbəb kimi ölkə hakim şurasının və baş prokurorluğun adi əməkdaşlarının etiraz etməsi göstərilir.

 

Etirazçılar hesab edib ki, prezident Məhəmməd Mursi keçmiş baş prokuror Əbdül Mahmudu tutduğu vəzifədən azad etməyə səlahiyyəti çatmırdı, onların fikrincə, bu prokurorluğun işinə yolverilməz müdaxilədir.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1096

Oxşar yazılar