Türkiyə baş nazirinin müavini Bülənt Arınc Ədalət və İnkişaf Partiyasından istefa verən millət vəkilləri ilə bağlı açıqlama verib.
Lent.az-ın Türkiyənin «DHA»-sına istinadən məlumatına görə, o, Müstəqil sənayeçilər və iş adamları dərnəyinin Manisa şöbəsinin açılışında AK Partiyadan deputatların istefa verməsindən «üzüldüyünü» bildirib: «bu partiyanın qurucusuyam. Bu partiyanın küçədən tapmamışıq. Bu partiyanı millət qurdu. Bu günlərə alnımız açıq, başımız dik gəldik..Bundan sonra da belə davam edəcək. Narahatlığım yoxdur. Bu sıxıntılardan hökumətimiz də, partiyamız da başı dik göylərə dəyəcək qədər alnı apaçıq, ağappaq çıxacaq
İstefa verən dostlarımızla bağlı pis söz deyə bilmərəm. Onlar bizim dəyərli dostlarımızdır. «Yaxşı oldu getdilər» desəm özümə hörmətsizlik etmiş olaram. Gələndə yaxşı idi, gedən pismi oldular. Onlar bizim zənginliyimizdir. Baş verənlər üzündən onlardan məhrum olduq. Üzülməmək əlimizdə deyil. Millətdən aldıqları əmanəti qarşıdan gələn seçkiyədək aparsaydılar, daha yaxşı olardı».
Bülənt Arınc həmin deputatların son günlər verdikləri bəyanatların da yanlış olduğunu vurğulayıb.
Xatırladaq ki, AK Partiyadan 5 millət vəkili istefa verib. Onlar təmsil olduqları partiya və mövcud hökumətə qarşı kəskin tənqidi fikirlər söyləyiblər.