Baş katib: «Hakimiyyət - müxalifət danışığının perspektivi yoxdur»
20 dekabr 2012 07:47 (UTC +04:00)

Baş katib: «Hakimiyyət - müxalifət danışığının perspektivi yoxdur»

0

BMT-nin baş katibi Pan Ge Мun Suriyadakı hakimiyyətlə müxalifət arasında danışıqların başlaması üçün perspektiv görmədiyini bildirib.

Lent.az-ın «İTAR-TASS»-a istinadən məlumatına görə, o, münaqişənin artmasından, eləcə də təriqətlərarası zorakılığın güclənməsindən rahatsız olduğunu vurğulayıb. Pan Ge Мun Suriyaya xarici hərbi müdaxilənin yolverilməzliyini də deyərək, qurum üzvlərinə xəbərdarlıq edib.

İstefa verəcəyi halda Bəşar Əsədin taleyi ilə bağlı suala cavabında baş katib deyib ki, bu haqda «danışıqlar masası arxasında qərar» verilməlidir. 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 666

Oxşar yazılar