Baş antikorrupsiyaçı hökumət başçısını müdafiə edib
17 yanvar 2013 22:05 (UTC +04:00)

Baş antikorrupsiyaçı hökumət başçısını müdafiə edib

Pakistan antikorrupsiya komitəsinin başçısı Fasih Buxari baş nazir Raci Pərviz Əşrfəin suçlu olduğuna şübhə etdiyini söyləyib.

 

Lent.az-ın xarici informasiya vasitələrinə istinadən məlumatına görə, ölkənin Ali Məhkəməsi onu rüşvətxorluqda ittiham edərək, barəsində həbs hökmü çıxarıb.

 

Buxarinin sözlərinə əsasən, prokurorluqda baş nazirin tutulması ilə bağlı dəlil-sübut yetərli deyil.

 

Xatırladaq ki, yanvarın 13-də pakistanlı din xadimi Tahir Qədri paytaxt İslamabadda çox minli mitinqdə çıxış edərək, baş nazirin istefasını, korrupsiyaya qarşı mübarizəni gücləndirməyi və qanunverici orqanlarda islahatın keçirilməsini tələb etmişdi.

 

Təhlilçilərin nəzərincə, məhkəmənin qərarına baxmayaraq, qurumun onu bu vəzifədən belə tezliklə azad edəcəyi ehtimalı azdır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 631
avatar

Oxşar yazılar