APA-nın “İnterfax”a istinadən xəbərinə görə, bunu ABŞ dövlət katibi Con Kerri Berlində Almaniyanın xarici işlər naziri Frank-Valter Ştaynmayerlə görüşdən sonra keçirdiyi mətbuat konfransında deyib.
“Onlar öz səylərinə və cəsarətinə görə ABŞ prezidenti Barak Obamanın və Amerika xalqının tam dəstəyinə ümid edə bilərlər” - deyə C.Kerri qeyd edib.
ABŞ dövlət katibi Ukrayna hakimiyyətinin razılıq verdiyi güzəştlərin “böhranı aşmaq üçün kifayət etmədiyini” vurğulayıb.
“Reuters”in məlumatına görə, C.Kerri Almaniyada Ukrayna müxalifətinin liderləri - “Batkıvşina”nın rəhbəri Arseni Yatsenyuk, “UDAR” partiyasının sədri Vitali Kliçko, müxalifəti dəstəkləyən biznesmen Pyotr Poroşenko və “Eurovision” mahnı müsabiqəsinin qalibi Ruslana Lıjiçko ilə görüşəcək.