Banqladeşdə yüzdən artıq seçki məntəqəsi yandırılıb
05 yanvar 2014 04:43 (UTC +04:00)

Banqladeşdə yüzdən artıq seçki məntəqəsi yandırılıb

Yanvarın 5-də Banqladeşdə parlament seçkilərinin keçiriləcəyi gözlənilir. Lent.az-ın «BBC»-yə istinadən məlumatına görə, bu siyasi kampaniya öncəsi yüzdən artıq seçki məntəqəsi yandırılıb.

 

Müxalifət nəticəsi öncədən «təyin edilən» seçkiləri boykot edib.

 

Mənbə bildirib ki, hazırda ölkədə etiraz tətilidir. Dövlət müəssisələri, təhsil ocaqları, eləcə də bir çox dükanlar, əhalinin ən çox toplandığı yerlər bağlanıb. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 494
avatar

Oxşar yazılar