Londonda konfranslardan birində iştirak edən İraq baş nazirinin müavini Hüseyn Əş-Şəhristanı ölkəsindən ixrac olunan neftlə bağlı açıqlama verib.
Lent.az-ın Türkiyə KİV-ə istinadən məlumatına görə, o, deyib ki, ölkəsindən neft ixracı yalnız rəsmi qurumlarla sövdələşmə nəticəsində gerçəkləşə bilər.
«Rəsmi Bağdadın iczaəsi olmadan İraqdan neft ixracatı qanuni deyil. Bu halda İraq öz sərvətini qorumaq üçün tədbirlər görmək məcburiyyətinəd qalacaq.
Türkiyə və İraqın şimalındakı kürd idarəçilərin bunu etməsinə icazə verməycəyimizi bildirmişik»-deyə, nazir müavini vurğulayıb.
Mənbə xatırladıb ki, İraqın şimalındakı kürd idarəçilər Türkiyə sərhədinədək tikdikləri boru xətti ilə nefti Ceyhandakı terminala göndərir. Ancaq həmin «qara qızıl» oradakı depolarda saxlanılır.