İraqın paytaxtı Bağdadda partlayış baş verib.
APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, şəhərin şərq hissəsində, ticarət mərkəzinin qarşısında minalanmış avtomobil partladılıb.
İlkin məlumata görə, hadisə nəticəsində 7 nəfər ölüb, 30 nəfər yaralanıb.
Hələlik heç bir qruplaşma partlayışa görə məsuliyyəti öz üzərinə götürməyib.