İraq paytaxtı Bağdadda iki partlayış nəticəsində azı 27 zəvvar həlak olub.
Lent.az-ın «BBC»-yə istinadən məlumatına görə, birinci partlayış nəticəsində 19 nəfər ölüb. Bundan sonra Bağdadın cənubunda intiharçının özünü partlatması zamanı baş verən partlayış nəticəsində isə 8 nəfər həyatını itirib.
İraq polisi bildirib ki, dekabrın 19-da keçmiş yaraqlının evinə hərbi geyimdə girən bir qrup ev sahibini, onun xanımı və iki uşağını qətlə yetiriblər.