İraq hakimiyyəti ABŞ-dan «İraq Şam İslam Dövləti» yaraqlılarına havadan zərbə endirməsini istəyib.
Lent.az-ın “Reyter”-ə istinadən məlumatına görə, uyğun bəyanatla ölkənin xarici işlər naziri Xoşiyar Zibari çıxış edib: “İraq rəsmi şəkildə Vaşinqtondan təhlükəsizlik üzrə anlaşmaya əsasən terrorçulara havadan zərbə endirərək, yardım etməsini istəyib”.
Xatırladaq ki, İraqın xarici işlər naziri Səudiyyə Ərəbistanındadır.
Ötən həftə Ağ ev İraq hakimiyyətinə yardımla bağlı bir neçə varianta baxdığını bildirmişdi. Onlardan biri də İraqın şimalında pilotsuz təyyarələrin terrorçulara zərbə endirməsidir.