Aziz Yıldırımı Qəddafi və Əsədlə müqayisə edən telekanal cəzalandı
28 yanvar 2013 17:39 (UTC +04:00)

Aziz Yıldırımı Qəddafi və Əsədlə müqayisə edən telekanal cəzalandı

Türkiyənin Radio və Televiya Üst Qurumu (RTÜK) “HaberTürk” telekanalını cəzalandırıb. Lent.az-ın məlumatına görə, buna telekanalın “SporTürk” proqramında “Fənərbağça” klubunun prezidenti Aziz Yıldırımı Liviyanın sabiq lideri Müəmmar Qəddafi və Suriya prezidenti Hafiz Əsədə bənzədilməsi olub.

 

Belə bənzətmə Faik Çetinerin aparıcısı olduğu proqramda idman yazarı Serdar Ali Çeliker tərəfindən edilib. Bu səbəbdən, RTÜK telekanalı üst-üstə 70895 TL (təqribən 35 min manat) cərimələyib. Qurumun yaydığı açıqlamada deyilir: “Serdar Ali Çelikler “Fənərbağça”da yaşanan olayları “Ərəb baharı”na bənzədərək, “Fənərbağça” baharı” adlandırıb və bu çərçivədə Aziz Yıldırım’ı Müəmmar Qəddafi və Hafız Əsəd kimi kreslosundan əl çəkməmək üçün minlərlə insanın ölümünə yol açan diktatorlara bənzədib. Üstəlik, o, Yıldırımın bugünkü durumu yoluna qoymadığı təqdirdə, qanla gedəcəyini bildirib. Bu ifadələr zorakılığı ifadə edir və idmanda zorakılığa çağırış kimi dəyərləndirilir”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 780
avatar

Oxşar yazılar