Həmyerlimiz, Giresun Universitetinin rektoru Aygün Attar “İlin rektoru” seçilib. Lent.az-ın məlumatına görə, “Siyasətdə və İqtisadiyyatda 2023 Vizyon” jurnalının hər il oxucuları arasında keçirdiyi səsvermə əsasında təşkil edilən “İlin Ən-ləri” müsabiqəsində Giresun Universitetinin rektoru prof. Dr. Aygün Attar “İlin ən müvəffəqiyyətli rektoru” adına layiq görüb.
Türkiyənin daxili işlər naziri Efkan Ala A. Attarı məsuliyyətli, yüksək idarəçilik qabiliyyətinə malik, həm giresunlular, həm də tələbələri tərəfindən sevilən qadın adlandırıb.