Azərbaycanlı qanuni oğru Marneulidə basdırıldı
12 fevral 2014 16:17 (UTC +04:00)

Azərbaycanlı qanuni oğru Marneulidə basdırıldı

Fevralın 5-də “qanuni oğru” ləqəbini almasına bir gün qalmış Moskvada qətlə yetirilən İlqar Zahir oğlu Çıldırlı bu gün Marneulidə torpağa tapşırılıb. APA-nın Gürcüstan bürosunun məlumatına görə, 42 yaşlı İlqar Çıldırlı son illər Moskvada yaşayıb və evli olub. Onun 15 yaşında bir oğlu var.

 

Xatırladaq ki, qətl hadisəsi Moskvanın şimalında qeydə alınıb. Ərazidə patrul xidməti göstərən polislər Petrovsk-Razumovsk keçidinin yanında qaraja çırpılaraq dayanan və qapıları açıq olan xarici avtomobil görüblər. Avtomobilə yaxınlaşan polislər onun içərisində qətlə yetirilmiş kriminal avtoritet Çıldırlı İlqar Zahir oğlunun meyitini aşkar ediblər.

 

Hadisə şahidlərinin bildirdiyinə görə, keçidin yanında bir avtomobil digərini sıxışdırıb. Nəticədə İlqar Çıldırlı idarəetməni itirərək qaraja çırpılıb. Qatillər iki nəfər olub və onlar avtomobildə olan "qanuni oğru"ya dayanmadan atəş açıblar.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1711
avatar

Oxşar yazılar